• 23 Fevral 2025 02:29

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Varşavada bir Gürcüstan vətəndaşı öldürülüb – üç gürcü həbs edilib

ByTürkan Şahverdova

Fev 22, 2025
Another advertisement

Varşavada bir qrup gürcü arasında baş verən davada Gürcüstan vətəndaşı həlak olub.

KİV-in məlumatına görə, 31 yaşlı Gürcüstan vətəndaşı Konstitusiya meydanında restoranın qarşısında baş verən dava zamanı döş qəfəsindən bıçaq xəsarətləri alaraq xəstəxanada dünyasını dəyişib.

Polisin məlumatına görə, davada ondan başqa daha üç Gürcüstan vətəndaşı yaralanıb. Davada 8 nəfər iştirak edib.

Polşa hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı üç Gürcüstan vətəndaşını həbs ediblər.

Məlumat üçün bildirək ki, bir müddət əvvəl Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Yaçek Dobrzinski bildirmişdi ki, 2024-cü ildə Polşada 1895 Gürcüstan vətəndaşı saxlanılıb, onlardan 136-sı həbs edilib. O bildirib ki, ötən il 2589 Gürcüstan vətəndaşı Polşadan çıxarılıb, 322 nəfər isə Polşanın penitensiar müəssisələrindədir.