This is a specific ad

“Vaqner”muzdlu hərbi təşkilatı mayın 10-da Baxmutdan çıxacaq

91

Another advertisement

“Vaqner” muzdlu hərbi təşkilatı mayın 10-da Donetsk vilayətinin Baxmut şəhərindən çıxacaq.

QafqazTürk Reporta istinadən xəbər verir ki, bu barədə qurumun rəhbəri Yevgeni Priqojin deyib.

“Bu barədə müvafiq qərar qəbul olunub. “Vaqner”muzdlu hərbi təşkilatı Baxmutdan çıxmasının səbəbi silah-sursat çatışmazlığıdır.” – Yevgeni Priqojin qeyd edib.

Qeyd edək ki, Y.Priqojin daha əvvəl Rusiya Müdafiə Nazirliyini tənqid etmişdi. Müdafiə Nazirliyi ilə “Vaqner” arasında müəyyən fikir ayrılığının olduğu bildirilir.

Xatırladaq ki, Baxmutda 7 aydan çoxdur gərgin döyüşlər gedir.

Sonrakı yazı
“Beşiktaş”dan Azərbaycan dilində paylaşım: “Can qardaş!”
Öncəki yazı
İstanbulda taxıl sazişi üzrə görüş keçiriləcək