Another advertisement
Rusiyanın Tver vilayətində Kujenkino yaşayış məntəqəsinin yaxınlığında şəxsi təyyarə qəzaya uğrayıb.
Qeyd edilib ki, “Embraer Legacy” markalı biznes-klass təyyarə Moskva – Sankt-Peterburq reysini yerinə yetirirdi.
Təyyarənin göyərtəsində, 3-ü ekipaj üzvü olmaqla, ümumilikdə 10 nəfər olub. İlkin məlumata görə, göyərtədə olan hər kəs həlak olub.
Rusiya FHN əməkdaşları axtarış-xilasetmə işləri həyata keçirirlər.“Rosaviasiya”nın məlumatına görə, təyyarədəki sərnişinlər arasında biznesmen, həmçinin “Vaqner” özəl hərbi şirkətinin qurucusu Yevgeni Priqojin də olub.