This is a specific ad

“Vaqner”çilərin cinayət işinə xitam verildi

47

Another advertisement

Rusiyada “Vaqner”çilərin silahlı üsyanı faktı ilə bağlı cinayət işinə xitam verilib.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.

“Cinayət işinin istintaqı zamanı müəyyən edilib ki, onun iştirakçıları üsyan törətmək məqsədi daşıyan hərəkətləri dayandırıblar, – rəsmi açıqlamada deyilir.

Xatırladaq ki, “Vaqner” muzdluları Rusiyada hərbi qiyam qaldırıb. Prezident Vladimir Putin xalqa müraciəti zamanı “Vaqner” rəhbərinin hərəkətlərini xəyanət adlandırıb. O, qiyamın yatırılması üçün müvafiq tapşırıqların verildiyini bildirib. “Vaqner” döyüşçüləri gün ərzində Rostov və Voronej şəhərlərini, eləcə də Lipetsk vilayətini ələ keçirib. Daha sonra Priqojin qan tökülməsinin qarşısını almaq üçün “Vaqner”in geri çəkiləcəyini bildirib. Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya hakimiyyəti ilə Priqojin arasında danışıqlara vasitəçilik edib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında Priqojinə qarşı açılmış cinayət işinə xitam veriləcəyini, onun Belarus ərazisinə məskunlaşacağını bildirib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Lukaşenko ordunun tam döyüş vəziyyətinə gətirilməsi barədə əmr verdi
Öncəki yazı
Türkiyə və BƏƏ enerji və hərbi sahədə əməkdaşlığı gücləndirir