This is a specific ad

“Vaqner”çilər Moskvaya yaxınlaşır, şəhər mərkəzinə hərbi texnika düzülüb

14

Another advertisement

“Vaqner” muzdlu döyüşçüləri artıq Rusiyanın Lipetsk vilayətinə daxil olublar.

Qafqaztürk xəbər verir ki, bununla bağlı video görüntülər “Telegram” kanallarında yayılıb.

Hazırda Moskvanın “M4 Don” şossesinin giriş və çıxışında eləcə də Lipetsdən paytaxta doğru olan magistral yolda polis postları qurulub.

Gülləkeçirməz jiletlərdə və pulemyotlu polis əməkdaşları Moskvaya daxil olan avtomobillərdə yoxlamalar aparırlar.

Qeyd edək ki, ”Vaqner” hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeniy Priqojin bu addıma səbəb kimi ”Vaqner”in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib

Kateqoriya: Gündəm
Sonrakı yazı
“ვაგნერის” კოლონა მოსკოვის სამხრეთით მდებარე რეგიონში გამოჩნდა
Öncəki yazı
ლატვიამ რუსებისთვის ვიზების გაცემა შეაჩერა და სასაზღვრო კონტროლს აძლიერებს