This is a specific ad

Vanqanın 2024-cü il kəhanəti insanları qorxuya salıb

48

Another advertisement

Kəhanətləri ilə tez-tez gündəmə gələn Baba Vanqanın 2024-cü illə əlaqədar dedikləri hər kəsi qorxuya salıb.

QafqazTürk.com xəbər verir ki,  Ötən illərdə Çernobıl faciəsi, Şahzadə Diananın ölümü, 11 Sentyabr hücumları və Brexit kimi proqnozlarının gerçəkləşdiyi iddia edilən Vanqanın son proqnozları isə insanlarda qorxuya səbəb olub.

Baba Vanqa 2024-cü ildə böyük iqtisadi böhranın baş verəcəyini iddia edirdi. O, yuxarıda adı çəkilən iqtisadi böhrana borc səviyyəsinin artması, geosiyasi gərginlik və iqtisadi gücün Qərbdən Şərqə keçməsi kimi bir çox amillərin səbəb olacağını bildirmişdi

Baba Vanqanın kəhanətinə görə hakerlər müxtəlif sahələrə diqqət yetirəcək və elektrik şəbəkələrini, su təmizləyici qurğuları və ümumiyyətlə kritik yerlərin infrastrukturlarını hədəf alacaq.

2024-cü ildən danışan Baba Vanqa qlobal istiləşmənin təsiri ilə hava hadisələrinin və təbii fəlakətlərin olacağını iddia edib. Qasırğaların, yanğınların və daşqınların sayının artacağını iddia edən Baba Vanqa böyük insan itkilərinin olacağını da iddia edib.

Bütün bunlara əlavə olaraq, o, Sakit okean sahilində əhəmiyyətli dağıntılara və insan tələfatına səbəb olacaq dağıdıcı zəlzələdən danışıb.

Xərçəngin müalicəsi ilə bağlı çox mühüm addım atılacağını bildirən Baba Vanqa, bəşəriyyətin bu xəstəlikdən xilas olacağını da iddia edib.

Qeyd edək ki, Baba Vanqa bəşəriyyətin yaxın 200 ildə yadplanetlilərlə təmasda olacağını proqnozlaşdırmışdı.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Xankəndidəki partlayışda ölənlərin sayı 20-yə çatdı
Öncəki yazı
Fatih Terim imzanı atdı – Sürpriz seçim