This is a specific ad

VALİDEYNLƏRİN NƏZƏRİNƏ! – YENİ QANUN

108

Another advertisement

Parlament 84 səslə “Ümumtəhsil haqqında” qanuna dəyişikliyi üçüncü oxunuşda qəbul edib.

QafqazTürk.com xəbər verir ki, dəyişikliyə əsasən 2023-2024-cü tədris ilində noyabrın 1-dək 6 yaşı tamam olan uşaqlar I sinfə qeydiyyatdan keçə biləcəklər.

Qanunlayihəsinə görə dərs ilinin başlandığı gündən noyabrın 1-dək anadan olan şəxslərin məktəbəhazırlıq proqramına yazılmaqla məktəbəqədər qayğı və təhsil xidmətlərini almağa davam etmək və ya ilk olaraq qeydiyyatdan keçmək hüququ olacaq.
Göstərilən müddət könüllü olaraq qalacaq və uşağın valideyni və qanuni nümayəndəsi özləri qərar verə biləcəklər.

Dəyişiklikdən 4 min 900-ə qədər tələbə faydalana biləcək və bu, həm dövlət, həm də özəl məktəblərə şamil ediləcək.

Kateqoriya: Təhsil
Sonrakı yazı
BÜRCLƏR – 04.05.2023
Öncəki yazı
3 may Dünya Mətbuat Azadlığı Günüdür