VALİDEYİNLƏRİN NƏZƏRİNƏ! – İyunun 8-dən birinci sinif şagirdlərinin…

1

2023-2024-cü tədris ili üçün ümumtəhsil müəssisələrində I sinif şagirdlərinin qeydiyyatının III mərhələsi – ümumi qeydiyyat iyunun 8-də saat 09:00-da başlayacaq və iyunun 23-dək davam edəcək.

QafqazTürk xəbər verir ki, məlumatı Təhsil və Elm Nazirliyi yayıb.

Qeydiyyat şagirdin valideyni və ya qanuni nümayəndə tərəfindən təhsilin idarə edilməsi informasiya sisteminin register.emis.ge saytında aparılmalıdır. İyunun 26-dan iyulun 12-dək isə elektron qeydiyyatdan keçmiş şagirdin qəbulu üçün lazımi sənədləri təqdim etmək mümkün olacaq. Göstərilən müddətdə sənədlər təqdim edilmədikdə, qeydiyyat avtomatik olaraq ləğv ediləcək.

Birinci sinfə qəbul üçün tələb olunan sənədlər:

Birinci sinfə qəbul üçün tələb olunan sənədlər:

Şagirdin qanuni nümayəndəsinin ərizəsi, burada qanuni nümayəndənin yaşayış yeri və telefon nömrəsi haqqında məlumat olmalı və Gürcüstanın Baş İnzibati Məcəlləsinin 78-ci maddəsi ilə müəyyən edilmiş digər tələblərə cavab verməli, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti, Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin (əgər varsa). Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir).

Şagirdin doğum haqqında şəhadətnaməsinin və ya şəxsiyyətini təsdiq edən sənədin surəti və Gürcüstanda yaşayış yerini təsdiq edən sənədin surəti (əgər beləsi mövcuddursa). Sənədlər xarici dildə təqdim edildikdə, Gürcüstan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada gürcü dilinə tərcüməsi əlavə edilməlidir).

0
0
Sonrakı yazı
Yüz il yaşamaq istəyənlər üçün İbn Sina möcüzəsi – Yayda bunu edin
Öncəki yazı
Limfaların təmizlənməsi üçün ucuz resept