This is a specific ad

Vahid Milli imtahanların nəticələri bu tarixdə açıqlanacaq

78

Another advertisement

2024-cü il Vahid Milli İmtahanlarının əsas sessiyaları artıq başa çatıb.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Qiymətləndirmə və İmtahan Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, abituriyentlərin təxminən 93%-i vahid milli imtahanlara, 71%-i isə tələbə qrantı müsabiqəsinə qatılıblar. Ümumi magistratura imtahanında 79%, müəllimlər imtahanında isə qeydiyyatdan keçənlərin 84%-i iştirak edib. Bildirilir ki, artıq sənədlərin yoxlanılmasına başlanılıb.

Nəticələrin dərci avqustun əvvəlindən gürcü dili və ədəbiyyatı imtahanının ilkin nəticələri ilə başlayacaq. Digər fənlər isə ardıcıllıqla elan olunacaq.

Məlumat üçün bildirək ki, 2024-cü ildə Gürcüstan üzrə cəmi 24 imtahan mərkəzi fəaliyyət göstərib. İmtahanlar üçün 80,000-dək namizəd qeydiyyatdan keçib, o cümlədən vahid milli imtahanlar üçün 47,000-dən çox abituriyent; tələbələrin qrant müsabiqəsi üçün 3,000-dən çox tələbə; ümumi magistratura imtahanı üçün isə 10,000-dən çox magistratura namizədi qeydiyyatdan keçib, müəllimlərin imtahanında iştirak etmək istəyənlərin sayı isə 18,900-dən çox olub.

 

Kateqoriya: Region
Sonrakı yazı
Dəhşətli hadisə- orta yaşlı şəxs qardaşını baltalayıb
Öncəki yazı
Ketevan Çixelaşvili Avstriyadakı səfir vəzifəsindən azad edilib