• 06 Dekabr 2023 12:20

Vahid milli imtahanlara qeydiyyat bu gün başa çatır

Avatar photo

ByHacı Xəlilzadə

Apr 3, 2023

2023-cü ilin Vahid Milli İmtahanları, ümumi magistratura imtahanı və tələbə qrant müsabiqəsinə qeydiyyat bu gün, aprelin 3-ü saat 18:00-da başa çatacaq.

QafqazTürk xəbər verir ki, qeydiyyat yalnız elektron şəkildə Milli Qiymətləndirmə və İmtahan Mərkəzinin online.naec.ge saytında aparılır.

Qeydiyyat prosesi bu il bir neçə mərhələdə aparılıb. Əsas mərhələdə aprelin 3-ü, saat 18:00-dək imtahan verən şəxs şəxsi məlumatlarını doldurmağa, imtahan şəhərini, keçəcəyi fənləri seçməlidir.

Abituriyentlər aprelin 13-ü saat 18:00-dək fənni dəyişdirə və ya əlavə edə, həmçinin imtahanın dilini dəyişə bilərlər. Onlar apelyasiyanın nəticələrinin dərc edildiyi gündən ertəsi gün saat 18:00-dək təhsil proqramlarının siyahısında dəyişiklik etmək imkanı əldə edəcəklər.

2180cookie-checkVahid milli imtahanlara qeydiyyat bu gün başa çatır

Bir cavab yazın