Vahid Milli İmtahanlar üçün qeydiyyatdan keçən abiturientlərin sayı

24

Milli Qiymətləndirmə və İmtahan Mərkəzi 2024-cü il imtahanları üçün qeydiyyatdan keçmiş şəxslərin aralıq statistikasını dərc edib.

QafqazTürk.com xəbər verir ki, 22 mart saat 10:00-a olan məlumatlara görə, 19 min 400-dən çox abituriyent vahid milli imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçib.

Milli Qiymətləndirmə və İmtahan Mərkəzindən verilən məlumata görə, tələbə qrantı müsabiqəsində 850-dən çox tələbə iştirak etmək arzusunu bildirib, 2 min 700-dən çox abiturient isə ümumi magistratura imtahanı üçün elektron ərizə doldurub.

Məlumat üçün bildirək ki, vahid milli imtahanlara qeydiyyat, tələbə qrant müsabiqəsi, ümumi magistratura imtahanı martın 4-də saat 10:00-da başlayıb və aprelin 4-ü saat 18:00-dək davam edəcək.

14
7
Kateqoriya: Təhsil
Sonrakı yazı
PKK-nın rəhbərlərindən biri məhv edildi
Öncəki yazı
Salome Zurabişvili Gürcüstanın azərbaycanlı icmasını Novruz bayramı münasibətilə təbrik edib