Vahid Milli İmtahanlar bu tarixdə başlayacaq

87

Milli Qiymətləndirmə və İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesi bu il iyulun 3-də Vahid Milli İmtahanlarla başlayacaq.

İlk imtahanı abituriyentlər gürcü dili və ədəbiyyatından verəcəklər.

İyulun 22-də Vahid Milli İmtahanlar Təsviri və tətbiqi sənətdən imtahanla başa çatacaq. Müəllimlərin imtahanlarında iştirak etmək üçün qeydiyyatdan keçənlər iyulun 8-dən imtahan prosesində iştirak edəcəklər. İyulun 10-da tələbə qrant müsabiqəsi keçiriləcək. Magistraturaya qəbul olmaq istəyənlər iyulun 21 və 22-də ümumi magistratura imtahanında iştirak edəcəklər.

“İmtahanın tarixi, imtahana gəlmə vaxtı, imtahan mərkəzinin ünvanı barədə ətraflı məlumat imtahan vərəqəsində göstəriləcək. Namizədlər iyunun 20-dən sonra kartları öz qeydiyyat səhifəsindən çap edə biləcəklər. Əvvəlki illərdə olduğu kimi, 2025-ci ildə də imtahan mərkəzləri açılacaq: Tbilisi, Batumi, Zuqdidi, Kutaisi, Poti, Axaltçixe, Qori, Telavi, Xulo və Ambrolauri Milli Qiymətləndirmə və İmtahan Mərkəzi tezliklə imtahan mərkəzlərini müvafiq inventarla təchiz etməyə başlayacaq”, -deyə məlumatda bildirilir.

Kateqoriya: Cəmiyyət, Təhsil
Sonrakı yazı
14 nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Öncəki yazı
Sinoptiklərdən əhaliyə xəbərdarlıq