This is a specific ad

“Vahid Milli Hərəkat”ın sədri Levan Xabeişvili Rusiyanın Gürcüstan vətəndaşları üçün viza rejimini ləğv etməsinə münasibət bildirib

27

Another advertisement

“Gürcüstan xalqının iradəsi sarsılmazdır və Gürcüstan əhalisi Rusiyanı deyil, Avropanı seçir” – bu sözləri Levan Xabeişvili sosial şəbəkədə paylaşıb

Paylaşımı olduğu kimi təqdim edirik:

“Putin faktiki olaraq Gürcüstanı Rusiyanın vilayət elan etdi. Putin “Rus Arzusu”na və Bidzina İvanişviliyə köməyə görə təşəkkür edib və müvafiq qərarı elan edib – viza rejimini ləğv edib və uçuşları bərpa edib.

Bundan əlavə gürcü xalqının hər gün zülmə məruz qalması, işğalın davam etməsi, Rusiya ordusunun Gürcüstan ərazisində yerləşməsi kinsizliyin zirvəsidir…Gürcü xalqının iradəsi sarsılmazdır! Biz Rusiyanı yox, Avropanı seçirik! Belə bir tarixi dövrdə Gürcüstanın Rusiyanın açıq tərəfdaşı olmasını təsəvvür etmək mümkün deyil. Bu biabırçılığı aradan qaldırmaq və tarixi Avropa ailəmizə daxil olmaq üçün sizinlə hər şeyi edəcəyəm”, – deyə Levan Xabeişvili öz səhifəsində yazıb

Kateqoriya: Gündəm
Sonrakı yazı
Pakistanda İmran Xanın həbsinə etiraz olaraq keçirilən aksiyalarda azı 4 nəfər ölüb
Öncəki yazı
“Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi” layihəsi çərçivəsində Marneulidə görüş keçirilib