• 25 Fevral 2025 00:13

QafqazTürk

Gürcüstanda və dünyada baş verən ən son hadisələri bizdən xəbər alın

Vahid Milli Hərəkat hökumətinin fəaliyyətinə hüquqi qiymət vermək üçün Parlamentdə müvəqqəti istintaq komissiyası yaradılıb

ByTürkan Şahverdova

Fev 5, 2025
Another advertisement

83 səslə yekdilliklə parlamentdə rejimin və onun siyasi məmurlarının 2003-2012-ci illərdəki fəaliyyətini araşdırmaq üçün müvəqqəti istintaq komissiyası yaradılıb.

Parlamentin müvəqqəti istintaq komissiyasının səlahiyyət müddəti 3 ay müəyyən edilib, lakin “Gürcü arzusu”na əsasən, komissiyanın müddəti daha üç ay uzadılacaq və ümumilikdə 6 ay fəaliyyət göstərəcək.

Bu gündən üç gün ərzində Prosessual Məsələlər və Qaydalar Komitəsi müvəqqəti istintaq komissiyasının üzvlərinin sayını və proporsional nümayəndəlik üçün kvotaları müəyyən edəcək.

Əsasnaməyə görə, istintaq komissiyasında parlament çoxluğu müxalifətdən sayca çox ola bilməz. Bu kontekstdə “Xalq Gücü”nün komissiyada müxalifət partiyası statusu ilə iştirak etmək niyyətində olması diqqət çəkir. Həmçinin müxalifət adından daha bir siyasi qrup – “Avropa sosialistləri” yaradılır ki, onların da adı çəkilən komissiyada iştirakı gözlənilir.

Parlamentin qərar layihəsinə əsasən, rejimin və onun siyasi vəzifəli şəxslərinin 2003-2012-ci illərdə fəaliyyətinin öyrənilməsi üzrə Müvəqqəti İstintaq Komissiyası öz səlahiyyətləri daxilində araşdırmaların dəqiq və şəffaf aparılmasını təmin edəcək, 2003-2012-ci illərdə rejimin fəaliyyətini qiymətləndirəcək.