Another advertisement
“Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisinə hücum edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə partiya bəyanat yayıb.
Yayılan bəyanatda qeyd edilib ki, hücumda 100-ə yaxın adam iştirak edib:
“Hücum yarım saatdan çox davam edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb”.
“Bu, Gürcüstanın maraqlarını qoruduğuna və gürcü xalqının yanında olduğuna görə “Vahid Milli Hərəkat”a hakimiyyətin cavabıdır”, – deyə bəyanatda bildirilib.