“Vahid Milli Hərəkat”ın liderlərindən biri Sofo Caparidzenin sözlərinə görə, “Vahid Milli Hərəkat ” MSK-ya bəyanat təqdim edərək, parlamentdə siyahının bağlanmasını tələb edib. Sofo Caparidzenin qeyd etdiyi kimi, onlar indi koalisiyanın müraciətini təmin etməsi üçün Qiorqi Kalandarişvilini gözləyirlər.
“Biz “Vahid Milli Hərəkat ” adından parlamentin sədri Tina Bokuçavanın imzası ilə qanuna uyğun olaraq Mərkəzi Seçki Komissiyasının administrasiyasından “Vahid Milli Hərəkatın” parlament siyahısının bağlanmasını tələb edən bəyanat təqdim etmişik”. Çünki biz seçkilərin nəticələrini tanımırıq və onların bəyanatımızı qəbul etmələrini gözləyirik. Üç gün ərzində Qiorqi Kalandarişvilinin qanuna uyğun olaraq bəyanatımızı təmin edəcəyini gözləyirik və qanunla müəyyən edilmiş bütün addımlardan və qaydalardan istifadə edəcəyik. Bu parlamenti nə ölkə daxilində, nə də ölkədən kənarda heç kim tanımır, bu, özünəməxsus parlament və özünəməxsus hökumətdir”, – deyə Sofo Caparidze bildirib.