Another advertisement
Gürcüstan Maliyyə Nazirliyinin istintaq xidmətinin əməkdaşları səhmdar cəmiyyətə məxsus külli miqdarda vəsaitin vəzifə səlahiyyətlərindən istifadə edilməklə mənimsənilməsi faktını aşkar ediblər.
İstintaq xidmətinin məlumatına görə, qeyd olunan faktla bağlı 1 nəfər məsuliyyətə cəlb edilib.
“İstintaq müəyyən edib ki, səhmdar cəmiyyətlərdən birində maliyyə-inzibati şöbəsinin müdiri vəzifəsində çalışan və şirkətin bank hesablarını idarə etmək hüququ həvalə edilmiş təqsirləndirilən şəxs qanunsuz maddi fayda əldə etmək üçün şirkətə məxsus təxminən 1 milyon 630 min lari pulu mənimsəyib. Bu əməl Gürcüstan Cinayət Məcəlləsinin 7 ildən 11 ilədək həbs cəzasını nəzərdə tutan 182-ci maddəsinin ikinci və üçüncü hissələri ilə nəzərdə tutulub” – məlumatda deyilir.