This is a specific ad

Vətəndaşlar parlamentin önündə etiraz əlaməti olaraq top oynayırlar

38

Another advertisement

“Kavel gəl, bizimlə top oyna”, – bu sözlər Gürcüstan parlamentində vətəndaşların “Gürcü arzusu”nun təqdim etdiyi prezidentliyə yeganə namizədi Mixail Kavelaşviliyə ünvanladığı sözlərdir.

Vətəndaşlar parlamentə top gətirib oynamağa başlayıblar. Onlar bu yolla Mixail Kavelaşvilinin Gürcüstan prezidentliyinə namizəd kimi irəli sürülməsinə etiraz edirlər.

Aksiya iştirakçıları topla oynamaqla yanaşı, parlamentə diplomlar da gətiriblər.

Həmçinin, vətəndaşlar müxtəlif yazılar olan pankartlar nümayiş etdiriblər: “Kaxa, qəzanı etiraf et”.

Bundan əlavə, vətəndaşlar paytaxt meri Kaxa Kaladzenin 9 aprel küçəsinə futbol köynəyini gətiriblər və sonradan etiraz əlaməti olaraq yandırıblar.

Vətəndaşlar Parlamentin yaxınlığındadırlar, Çiçinadze və 9 Aprel küçələrində polis səfərbər edilib.

Sonrakı yazı
“Keçirilən prezident seçkiləri demokratiya yolunda mühüm addım olacaq”-Şalva Papuaşvili
Öncəki yazı
Rustaveli prospektində aksiya davam edir