This is a specific ad

Vətənini satanın ölkəsində qəbri olmaz!

264

Another advertisement

FETÖ terror təşkilatının lideri Fətullah  Gülən dünən yerləşdirildiyi xəstəxanada vəfat edib.

Təşkilatın ABŞ-ın xüsusi və gizli servisləri tərəfindən Türkiyəyə qarşı istifadə etmək məqsədilə yaradıldığı heç kəsə sirr deyil.

Bu barədə məlumat onun yaxın ətrafı tərəfindən paylaşılıb.

83 yaşlı Fətullah Gülən 1999-cu ildən bəri ABŞ-da yaşayırdı. O, 2015-ci ildə Türkiyədə dövlət çevrilişinə cəhd etmiş, ancaq niyyətinə çata bilməmişdi. Həmin gecə 251 nəfər Türkiyə vətəndaşı onlara qarşı mübarizədə şəhid olmuşdur. Bu hadisədən sonra təkcə Türkiyədə deyil, digər ölkələrdə də FETÖ-nün dövlət sektorundan təmizlənmə işləri aparıldı.

Fəaliyyət formalarına düzəlişlər edən qruplaşma hələ də mövcuddur. Belə ki, son illər əsasən müxalifətə maraq göstərdikləri haqda məlumatlar var. Görünür şəbəkə hakimiyyətin ələ keçirilməsində müxalifəti də sınamaq istəyir.

Bu təşkilat gəncləri müqəddəs dəyərlər naminə öz sıralarına cəlb edərək millətinə xəyanət edən maşına çevirib.

Bəs Fətullah Gülən harada dəfn olunacaq?

2015-ci ildə ondan ümidini kəsən təşkilat rəhbərlərinin Pensilvaniyada FETÖ-nün iqamətgahından 5 km aralıda torpaq sahəsi aldığı bildirilir.

Təşkilat həmin ərazini qəbirstanlığa çevirərək, “qürbətçi məzarlıq” adlandırıb.

ABŞ-da dünyasını dəyişən təşkilat üzvləri burada dəfn edilir. Bu ərazidə Fətullah Gülən üçün də yer hazırlanıb.

Qeyd edək ki, sözügedən məzar iki sərv ağacının arasında yerləşir.

Sonda isə sadəcə deyə bilərik:

Vətənini satanın ölkəsində qəbri olmaz!

 

Sonrakı yazı
Gürcüstan millisinin daha iki futbolçusunun transfer dəyəri artıb
Öncəki yazı
ოზურგეთში პატრულ-ინსპექტორი ქვეითს დაეჯახა – ქალი გარდაიცვალა