Another advertisement
Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin patrul-inspektoru vətəndaşa qarşı qrup halında fiziki zorakılıq törətmək ittihamı ilə saxlanılıb.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Xüsusi İstintaq Xidməti məlumat
yayıb.
İstintaq zamanı müəyyən edilib ki, hüquq-mühafizə orqanı əməkdaşı və onu müşayiət edən şəxslər 2023-cü il sentyabrın 28-də Axaltsixedəki yanacaqdoldurma məntəqəsinin ərazisində vətəndaşa fiziki təzyiq göstərib.
Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.