Marneuli Munisipalitetinin meri Kənan Ömərov və Sakrebulonun sədri Amiran Qiorqadze “Vətəndaş Bərabərliyi Platforması” təşkilatının nümayəndələri ilə görüşüblər.
Görüşdə, “Kvemo Kartli regionunda qadınların reproduktiv sağlamlığı xidmətlərinə çıxış imkanlarının artırılmasının təşviqi” adlı layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər və əməkdaşlıq mexanizmləri müzakirə edilib.
Layihənin məqsədi – Marneuli və Bolnisi Munisipalitetlərində yaşayan 25-70 yaşlı qadınlar üçün səhiyyə sahəsində mövcud dövlət və/və ya güzəştli proqramlar haqqında məlumatlılığın və əlçatanlığın artırılması istiqamətində advokasiya kampaniyasını aparmaqdır.
Layihə HEKS-EPER Georgia tərəfindən, Avropa İttifaqının (EU) maliyyə dəstəyi və təşviqi ilə həyata keçirilən “Sosial-iqtisadi və siyasi həyatda bərabər və tam iştirak üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi” çərçivəsində və yerli özünüidarəetmənin köməyi ilə həyata keçirilir.