This is a specific ad

Üzeyir Hacıbəyov: ” “Muğam” oxumayan Şuşalı deyil”

51

Another advertisement

Azərbaycan bəstəkarı və ictimai xadim, SSRİ xalq artisti, Azərbaycan Elmlər Akademiyasının akademiki, Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 1885-ci il sentyabrın 17-də Şuşa şəhərinin Ağcabədi kəndində anadan olub.

Moskva Filarmoniyasının musiqi kurslarında və Sankt-Peterburq Konservatoriyasında təhsil alıb.

Hacıbəyovun ilk operası olan “Leyli və Məcnun” Azərbaycan musiqisində muğam opera janrının əsasını qoyub.

Operaları: “Əsli və Kərəm” “Şah Abbas və Xurşid Banu”, eləcə də yaradıcılığının zirvəsi olan “Koroğlu” operası məhz ona məxsusdur.

O, həmçinin SSSRİ dövlət mukafatına layiq görülmüşdür. Hacıbəyov pedaqoji fəaliyyətlə məşğul olmuş, 1938-1948-ci illərdə Azərbaycan Konservatoriyasının professoru və direktoru olmuşdur. 1931-ci ildə xalq nəfəsli çalğı alətləri orkestrini, 1936-cı ildə dövlət xorunu yaradıb. 1945-ci ildən Azərbaycan Elmlər Akademiyasının Elmi-Tədqiqat İncəsənət İnstitutuna rəhbərlik etmişdir. Hacıbəyov “Vətən və cəbhə” kantatasını, Nizaminin şeirləri əsasında “Vətən və cəbhə” və “Sevgili canan” romans-qəzəlləri də yazıb.

Hacıbəyov Azərbaycanın dövlət himninin müəllifidir.
1945-ci ildə I və II çağırış SSRİ Ali Sovetinin deputatı olmuş Hacıbəyov, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif edilmişdir.

Üzeyir Hacıbəyov 1948-ci il noyabrın 23-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Şimali Kiprdən Zəfər Günü münasibətilə Azərbaycana təbrik mesajı – FOTO
Öncəki yazı
8 Noyabr Azərbaycanda Zəfər Günüdür