Yaponiyada bu gün yeni baş nazir seçilib.
Sanae Takaiçi ölkənin ilk qadın baş naziri olub.
Takaiçi sadə ailədə doğulmuş, siyasi nəsildən gəlməyən bir siyasətçidir. O, bu zirvəyə öz gücü və inadkarlığı ilə yüksəlib.
O, siyasi elitadan kənardan gəlib bu səviyyəyə çatan nadir qadın fiqurlardan biridir.
Yaponiyanın yeni xanım lideri tez-tez özünü Böyük Britaniyanın keçmiş baş naziri Marqaret Tetçerə bənzədir.