Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Afrikada “meymunçiçəyi” virusu ilə bağlı fövqəladə vəziyyət elan edib.
QafqazTürk Media xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və Onların Qarşısının Alınması Mərkəzlərinin (ACDC) baş direktoru Jan Kasenya bildirib. Fövqəladə vəziyyət Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən də təsdiqlənib.
Verilən məlumata əsasən, peyvəndlərin alınması üçün müvafiq müqavilə imzalanıb. Saziş çərçivəsində təxminən 200.000 doza vaksin tez bir zamanda alınacaq və bütün Afrikaya paylanacaq. Bununla yanaşı, qarşıdakı iki həftə ərzində qitənin təhlükəyə cavab tədbirləri planı tərtib ediləcək.
Təşkilat xəstəliyin insanlar arasında daha asan ötürülə bilən yeni mutasiyasının yayılma təhlükəsi ilə bağlı həyəcan təbili çalır.
Məlumat üçün bildirək ki, 2022-ci ilin əvvəlindən Afrikada 1267 təsdiqlənmiş meymunçiçəyinə yoluxma hadisəsi qeydə alınıb, eyni zamanda qitənin 13 ölkəsində 226 ölüm baş verib.