ÜST: İran spirtli içkilərdən davamlı istifadə edənlərin sayına görə dünyada 9-cu yerdədi

81

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına əsasən, İran spirtli içkilərdən mütəmadi istifadə edənlərin sayına görə dünyada 9-cu yeri tutur.

QafqazTürk Media xəbər verir ki, hesabatda bu vəziyyətin ölkədə ciddi ictimai-səhiyyə problemi yaratdığı qeyd olunur.

İran Tibbi Ekspertiza Mərkəzinin məlumatına görə, 2025-ci ilin aprel–avqust ayları ərzində ölkə üzrə spirtli içkilərdən zəhərlənmə nəticəsində ölüm hallarının sayında artım müşahidə edilib.

Mərkəzin açıqlamasında bildirilir ki, həmin dövrdə baş vermiş ölüm hadisələrinin təxminən 5 faizi saxta spirtli içkilərdən zəhərlənmə ilə bağlıdır.

Zəhərlənmə və ölüm halları əsasən Kərəc, Tehran, Məşhəd, Mazandaran və Əhvaz şəhərlərində qeydə alınıb. Mütəxəssislər bu artımı ölkədə spirtli içkilərin qeyri-qanuni dövriyyəsi və keyfiyyətsiz məhsulların yayılması ilə əlaqələndirirlər.

Hesabatda həmçinin qeyd olunur ki, ölüm hallarının sayındakı artım təkcə alkoqol istifadəsi ilə məhdudlaşmır. 2024-cü ildə İranda ölüm hadisələrinin 21,3 faizi narkotik maddələrdən istifadə nəticəsində baş verib, cari ilin ilk beş ayında isə bu göstərici 21,6 faizə yüksəlib.

Ekspertlərin fikrincə, bu tendensiya İranın ictimai sağlamlığı üçün ciddi xəbərdarlıq siqnalıdır və ölkədə həm alkoqol, həm də narkotik istifadəsi ilə mübarizə tədbirlərinin gücləndirilməsini zəruri edir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Həftə sonuna olan valyuta məzənnəsi məlumdur
Öncəki yazı
Avropa İttifaqı və Özbəkistan arasında gücləndirilmiş tərəfdaşlıq və əməkdaşlıq sazişi imzalanıb