Uşbaya ekspedisiya zamanı alpinist və dağ bələdçisi Nikoloz Faliani vəfat edib. Bu barədə məlumatı sosial şəbəkədəki Adrenalin səhifəsi yayıb.
“Bu gün Nikoloz Falianinin Uşbaya ekspedisiya zamanı faciəli şəkildə öldüyünü öyrənmək bizi çox kədərləndirdi.
Nikoloz Faliani Gürcüstan turizminin inkişafında fəal iştirak edən görkəmli alpinist və dağ bələdçisi idi.
Onun ölümü ailəsi, dostları, Svaneti, bütün idman və turizm ictimaiyyəti üçün böyük itkidir.
Ailəsinə, dostlarına, həmkarlarına, Svanetiyə və bütün Gürcüstan ictimaiyyətinə başsağlığı veririk.
Nikolozun gücü, cəsarəti, dağlara sevgisi həmişə bizimlə qalacaq”,- deyə məlumatda bildirilir.