This is a specific ad

Uşaqların rifahı ilə bağlı yeni araşdırmaya görə, Gürcüstanda uşaqların 38%-i maddi və sosial çətinliklər yaşayır

31

Another advertisement

Uşaqların rifahı ilə bağlı yeni araşdırmaya görə, Gürcüstanda uşaqların 38%-i maddi və sosial çətinliklər yaşayır.

Araşdırma Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) dəstəyi ilə Milli Statistika Xidməti (Sakstat) tərəfindən aparılıb.

Araşdırmanın məqsədi Gürcüstanda yaşayan uşaqların rifahının bir neçə əsas aspektlərini, o cümlədən təhsilə, səhiyyə xidmətlərinə və sosial yardıma çıxış imkanı, məktəb yeməkləri, evdə təhlükəsizlik, maddi və sosial məhdudiyyətlər, funksional çətinliklər və fiziki məhdudiyyətlərlə bağlı stiqmanı öyrənmək olub.

Araşdırma nəticəsində aydın olub:

  • Məktəbəqədər yaşlı uşaqların 28 faizi bağçaya getmir. Bunlardan uşaqların 22 faizi valideyn seçimi əsasında getmir, 6 faizi isə maneələr üzündən bağçaya gedə bilmir. Ən çox rast gəlinən maneələr bəzi kəndlərdə məktəbəqədər təhsil müəssisələrinin olmaması və uşağların gözləmə siyahısına salınmamasıdır.
  • 2021-2022-ci dərs ilində 6-17 yaşlı uşaqların 98 faizi məktəb, ali məktəb və/və ya peşə təhsili müəssisələrinə gedib, 2 faizə qədəri isə təhsil sistemindən kənarda qalıb.
  • 6-17 yaşlı uşaqların 19 faizi fərdi repetitorların xidmətindən istifadə edir, eyni miqdarda 19 faizi uşaq isə bu xidmətdən istifadə etməyinə baxmayaraq istifadə edə bilmir. Fərdi repetitorların xidmətlərindən istifadə etmək üçün ən çox rast gəlinən maneə maliyyə çatışmazlığıdır ki, bu da halların 87 faizində qeyd olunur.
  • Tədris materiallarının çatışmazlığı əhəmiyyətli problemdir; Uşaqların 45 faizinin istədiyi, lakin əldə edə bilmədiyi ən azı bir təhsil üçün lazım olan əşyası yoxdur. Uşaqların sahib olmadığı ən çox təhsil əşyaları noutbuklar/kompüterlərdir (29 faiz), ikinci yerdə isə rəsm materialları, kitablar və musiqi alətləri gəlir.
  • Valideynlərin böyük əksəriyyəti məktəbəqədər və məktəb təhsilindən, həmçinin səhiyyə xidmətlərindən razıdır.
  • Məktəbdə qidalanma mühüm problemdir, uşaqların dörddə birindən bir qədər çoxu (27%) hər gün məktəbdə yemək alır, 35%-i isə heç vaxt məktəbdə qidalanmır. Qida qəbulunda maneələr maddi məhdudiyyətləri olan uşaqlar arasında (45 faiz) daha çox rast gəlinir. Məktəbdə yemək üçün ən çox rast gəlinən maneələrdən biri də məktəbin yaxınlığında qida obyektinin olmamasıdır.(bu səbəb 36 faiz hallarda göstərilib)
  • Uşaqların 12%-i lazımi tibbi müalicəni (tam və ya qismən), 5%-i isə lazımi dərmanları ala bilməyib. Hər iki halda əsas maneələr maliyyə idi.
  • Uşaqların 62 faizinin valideynləri/ailə üzvləri qeyd edirlər ki, uşaqların böyüdülməsində qeyri-zorakı üsullardan istifadə edirlər. Uşaqların 29 faizində qışqırmaq və uşağı alçaldıcı adlarla çağırmaq kimi psixoloji aqressiya qeydə alınıb və 5 faizində isə döymək, sillə vurmaq, qulaqlarını çəkmək və ya vurmaq kimi fiziki cəzalara məruz qalıb. Ağır fiziki şiddət uşaqların 1 faizində qeydə alınıb.

Bu hesabat 2022-ci ilin iyul-sentyabr ayları ərzində Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun dəstəyi ilə Gürcüstanın Milli Statistika Xidməti (Sakstat) tərəfindən uşaqların rifahı ilə bağlı aparılan sorğunun nəticələrini təqdim edir.

Sorğuda evlərində yaşayan uşaqlar (cəmi 2438 uşaq) haqqında məlumat verən 1279 respondent iştirak edib.

Tədqiqat instrumentinin yaradılması üzərində BMT Uşaq Fondunun Tədqiqat Ofisi “İnnocenti” və “BMT Uşaq Fondunun” Gürcüstan ofisi birgə çalışıb.

İstinad: Formula

Sonrakı yazı
Gürcüstan Ombudsmanı ilə görüş
Öncəki yazı
İki həmkəndli arasındakı dava qanla nəticələndi