This is a specific ad

Uşaqlarda dırnaq yemə vərdişinin səbəbləri

24

Another advertisement

Uşaqlarda dırnaq yemə vərdişi (onikofaqiya) olduqca yayılmış bir haldır. Statistikaya görə, insanların 20-30%-i bu vərdişə sahibdir. Adətən 3-4 yaşlarında başlayan onikofaqiya yetkinlik dövrünə qədər və bəzi hallarda daha uzun müddət davam edə bilər.

QafqazTürk Media xəbər verir ki, alimlər bu vərdişin səbəblərinə dair müxtəlif nəzəriyyələr irəli sürüblər. Bəzi tədqiqatçılar hesab edir ki, dırnaq yemək ailədaxili problemlər və stresslə bağlı ola bilər. Digər tədqiqatçılar isə stresdən çox, cansıxıntı və məyusluğun bu vərdişi ortaya çıxardığını düşünürlər.

Başqa bir nəzəriyyə onikofaqiya ilə hiperaktivlik arasında əlaqə olduğunu göstərir. Məsələn, hiperaktivlik pozğunluğu (DEHB) olan uşaqların 74%-də bu vərdişin olması müşahidə edilib. Ancaq dırnaq yeməyin təkcə DEHB əlaməti olduğunu söyləmək mümkün deyil. Əgər bu vərdiş digər simptomlarla müşayiət olunursa, uşağı psixoterapevtə aparmaq məsləhət görülür.

 

Kateqoriya: Eksklüziv, Sağlamlıq
Sonrakı yazı
Donald Tramp ABŞ-ın maliyyə naziri vəzifəsinə bu şəxsin namizədliyini irəli sürüb
Öncəki yazı
Bütün dünyanı bürüyən “Qara Cümə” aksiyası nədir?