This is a specific ad

Uşaqlar niyə getdikcə ata və ana kəlmələrindən uzaqlaşırlar?-Psixoloqdan izah

220

Another advertisement

Azyaşlı uşaqların valideynlərinə öz adları ilə müraciət etmələri, “ana” və “ata” sözlərindən çəkinmələri adi haldır.

Psixoloq İa Rosis bunun bir neçə səbəbini açıqlayır.

“Uşağınız sizə ana və ata kəlmələri ilə deyil, adınız ilə müraciət edir. Gəlin müəyyən edək ki, uşaq niyə belə davranır – birincisi, onun etirazı var, sizi valideyn, ana, ata kimi qəbul edə bilmir. Onunla vaxt keçirmirsiniz, məşğulsunuz, bəlkə səhərdən axşama kimi işləyirsiniz və övladınızı dayə, nənə və baba böyüdür. Uşaq sizin sevginizi hiss etmir, toxunuşunuz yoxdur, uşağınız sizinlə söhbət etmir və onun düşüncəsində siz valideyn kimi qəbul edilmirsinjz, yəni onun yanında deyilsiniz.

Mən elə halların şahidi oluram ki,  valideyn işləmir, vaxtı olur, amma uşağı gəzdirməyə, oynamağa, ona qulluq etməyə, qidalandırmağa, valideyn roluna uyğunlaşmağa iradəsi çatmır…” – psixoloq izah edir.

Kateqoriya: Cəmiyyət, Maraqlı
Sonrakı yazı
Vətəndaşların şəhərdə praktiki sürücülük vəsiqəsi imtahanından keçə bilməməsinin səbəbləri nələrdir?-AÇIQLAMA
Öncəki yazı
Futbol matçı zamanı faciəvi hadisə- bir ölü, 7 yaralı