This is a specific ad

USAID-in Qafqaz ofisinin fəaliyyəti qadağan edilib

45

Another advertisement

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qafqazdakı fəaliyyəti Gürcüstan ərazisi olan, qondarma Abxaziya Respublikasında qadağan edilib və missiyanın rəhbəri Con A.Pennel bölgədən çıxarılıb.

“QafqazTürk.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bundan əlavə, USAID-in maliyyə dəstəyi ilə layihələrin həyata keçirilməsi qadağan edilib.

Qeyd edilib ki, qondarma təşkilat qeyri-müəyyən olan, qeyri-dəqiq məlumatların olduğu layihələrin həyata keçirilməsinə razılıq verməyəcək.

“Məqsədi Abxaziyanın daxili və xarici siyasətlə əlaqədar məsələləri işıqlandırmaq olan media layihələrinin maliyyələşdirilməsi də qadağan edilib”, – deyə qondarma qurumun “Xarici İşlər Nazirliyi”nin bəyanatında deyilir.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
დიდი გაბარიტების ავტომობილების მფლობელების საყურადღებოდ
Öncəki yazı
Gecələr bədən ağrısının səbəbi