Another advertisement
Uruqvayda keçirilən prezident seçkilərində sol mərkəzçi müxalifətin namizədi Yamandu Orsi qalib gəlib.
Rəsmi məlumatlara görə, Uruqvayda keçirilən prezident seçkilərinin ikinci turunda Yamandu Orsi 49,81 faiz, onun rəqibi, sağ mərkəzçi hakim koalisiyanın namizədi Alvaro Delqado isə 45,90 faiz səs toplayıb.
Orsi seçkilərdə qalib gəldikdən sonra “Azadlıq, bərabərlik və qardaşlıq ölkəsi bir daha qalib gəldi”- deyə qeyd edib.
Xatırladaq ki, 57 yaşlı Yamandu Orsi keçmiş müəllim və Kanelones şəhərinin keçmiş meridir.