This is a specific ad

Ürək-damar sistemini qoruyan dəfnə yarpağının faydaları

66

Another advertisement

Dəfnə yarpağı mədə-bağırsaq sistemi ilə yanaşı, ürək-damarlara da müsbət təsir edir.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, onun tərkibində olan orqanik birləşmələr qıcıqlanmış bağırsaq sindromunu sakitləşdirir, pozulmuş həzmi bərpa edir. Dəfnədə olan fermentlər həzmi yaxşılaşdırır.

Diabetlər üçün insulin funksiyasını artırır, hipoqlikemiyanın qarşısını alır.

Əsəbi və nevroz olanlar da dəfnə çayı içə bilər. O, stress və təşviş hallarını, yuxusuzluğu müalicə edir.

Dəfnə yarpaqlarında olan rutin və turşular kapilyarların divarını möhkəmlədir, zərərli xolesterini salır, əzələ iltihabı ilə mübarizə aparır.

Revmatizm xəstələrində iltihabı azaldır.

Bu bitki A, C vitaminləri ilə zəngindir.Qanda leykositlərin miqdarını artırır, bununla da immun gücü yüksəldir.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Vatsap tam dəyişir: Yeni versiya belə olacaq – FOTO
Öncəki yazı
G20 Liderlər Zirvəsi sabah başlayacaq