Ürək sağlamlığı üçün ən yaxşı balıq: Kardioloqlar tövsiyyə edir

287

Balığın müntəzəm istehlakı ürəyin işini və bədənin ümumi vəziyyətini yaxşılaşdırmağa kömək edir.

QafqazTürk Media xarici mətbuata istinadən xəbər verir ki, mütəxəssislər qida rasionuna göyərti, paxlalılar, qoz-fındıq, zeytun yağı, giləmeyvə və balıq kimi qidaların daxil edilməsinin vacibliyini vurğulayırlar.

Balıq bu pəhrizdə əsas rol oynayır, Çünki balığın tərkibində omeqa-3 yağ turşuları çox yüksəkdir.

Mütəxəssislər balıqların, xüsusilə qızılbalığın ürək sağlamlığına faydalı təsirlərinin olduğunu bildirirlər. Qızılbalıqda olan omeqa-3 yağ turşuları trigliserid səviyyəsini aşağı salmağa, damar iltihabını azaltmağa və aritmiya riskini azaltmağa kömək edir.

Mütəxəssislərin fikrincə, həftədə 2 dəfə və ya daha çox balıq yemək infarkt riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Ağciyərlərinizi bu üsulla qoruyun- Soğanlı resept
Öncəki yazı
Bu ölkədə fillərin məhvi üçün göstəriş verildi