Ürək sağlamlığını qorumağın yolları – HƏKİM MƏSLƏHƏTİ

1

“Orta fiziki fəaliyyət və sağlam həyat tərzinin prinsiplərinə riayət etmək qocalıqda ürəyin sağlam olmasını təmin etməyə imkan verir”.

QafqazTürk.com xəbər verir ki,bbunu rusiyalı kardioloq Anastasiya Fomiçeva deyib.

“Əsas daha çox hərəkət etmək və oturaq vaxtı azaltmaqdır”, – həkim bildirib.

Orta həcmdə məşq ürək sağlamlığına müsbət təsir göstərir. 50 yaşdan sonra sürətli gəzinti, üzgüçülük və ya velosiped sürmə kimi fiziki fəaliyyətlərə diqqət yetirmək daha yaxşıdır. Həkim yaşlı insanlara gündə ən azı yarım saat vaxtını aerobik məşqlərə ayırmağı, bir saat təmiz havada gəzintiyə çıxmağı məsləhət görüb.

“Ürək-damar sisteminin vəziyyəti də qidalanmadan asılıdır. Ən yaxşı seçim “Aralıq dənizi” pəhrizidir. Bu menyuya bitki mənşəli qidalar, yağlı balıqlar və zeytun yağı daxildir. Duz və sadə karbohidratların qəbulunu azaltmaq vacibdir”, – Fomiçeva əlavə edib.

Ürək sağlamlığını qorumağın başqa bir prinsipi pis vərdişlərin və stresin olmamasıdır deyən həkim, həmçinin gündəlik rejimi qurmaq lazım olduğunu, keyfiyyətli yuxunun orqanizmin resurslarını bərpa etməyə imkan verdiyini xüsusi vurğulayıb.

0
0
Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
Türkiyə ordusu Suriyada PKK-nın 10 terrorçusunu məhv edib
Öncəki yazı
HƏMAS-ın hücumları nəticəsində İsraildə ölənlərin sayı açıqlanıb