Unudulmaz sənətkar: Tengiz Abuladze
Görkəmli kinorejissoru, qiymətli ssenarilər müəllifi Tengiz Abuladzenin doğum günü münasibətilə 31 yanvar tarixində Gürcüstan Azərbaycanlıları Konqresinin təşəbbüsü və təşkilatçılığı ilə Konqresin ofisində Tengiz Abuladzeyə həsr olunmuş tədbir keçirildi.
Anım günündə Tengiz Abuladze pərəstişkarları- bölgənin azərbaycanlı və gürcü ziyalıları, müəllimlər, jurnalistlər və yazıçılar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə GAK sədri Hüseyn Yusubov açdı. Hüseyn Yusubov Anım Günü iştirakçılarını Gürcüstanmızı dünyada tanıdan görkəmli sənətkarın xatirəsini bir dəqiqəlik sükutla yad etməyə dəvət etdi.
GAK sədri sonra Tengiz Abuladzenin ömür yolunu vərəqlədi: həyatından maraqlı epizodlar danışdı. Sənətkarın ekranlaşdırdığı “Dua”, “Dilək ağacı”, “Tövbə” filmlərindən ibarət trilogiyadan, N.Dumbadzenin qələmindən çıxmış “Mən, nənəm, İliko və İllarion” əsərinin motivləri əsasında çəkdiyi ekran əsəri haqqında məlumat verdi.
Anım Günündə azərbaycanlı ziyalılardan sabiq Parlament deputatı Ramiz Bəkirov, tanınmış ekspert Mübariz Qarayev, məktəb direktoru Hümbət Hüseynov, Yazıçı- publisist Əli Abbas, profesional- tərcüməçi Məhəmməd Aslanov, Marneuli Meriyasının əməkdaşı- gənc yazıçı Kamran Kiryakov və pedaqoq Ramilə Babakişiyeva, gürcü ziyalılardan isə Marneuli Bələdiyyəsinin Mədəniyyət şöbəsinin rəhbəri Nato Şavişvili, Meriyanın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Davit Çikadze, Meriyada xidmət idarəsinin rəhbəri Mamuka Şubitidze, Sakrebulonun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Eka Eradze, Təhsil, Mədəniyyət, İdman və Gənclərlə iş şöbəsinin müdiri Elquca Kupatadze və Meriyanın əməkdaşı Keti Xvedelidze çıxış etdilər.
Tengiz Abuladze ilə bağlı ürək sözlərini çatdıraraq, onun ölməz sənətindən söz açdılar.
Gürcüstan Azərbaycanlıları Konqresinə təşəkkür etdilər.
Mədəniyyətimuzlə bağlı belə tədbirlərin davamlı olacağına ümidvar olduqlarını bildirdilər.