UNFCCC rəsmisi: Azərbaycan COP29-da media mərkəzinin təşkilini uğurla həyata keçirib

256

Another advertisement

“BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) COP29-da Kütləvi informasiya vasitələrinin (KİV) davamlı fəaliyyətini təmin etmək üçün əlindən gələni edir.”

QafqazTürk Media xəbər verir ki, bunu UNFCCC-nin kommunikasiya şöbəsinin rəhbəri Aleksandr Sayer jurnalistlərə açıqlamasında bildirib.

“Komandamız media nümayəndələrinin baş verən hadisələrdən xəbərdar olması üçün əlindən gələni edir”, – o bildirib.

Əlavə edib ki, media qurumlarının əməkdaşlarına hər gün əsas proqramla bağlı elektron məktublar göndərilir.

A.Sayerin sözlərinə görə, Azərbaycan hökuməti media mərkəzinin təşkilini uğurla həyata keçirib və onu məhdud imkanlara malik olan insanlar üçün də əlçatan edib.

Sonrakı yazı
Gürcüstana buğda idxalı artıb
Öncəki yazı
Yeni hökumətin baş naziri vəzifəsinə İrakli Kobaxidzenin namizədliyi irəli sürülüb