This is a specific ad

Ümumi təhsil pillələrində dəyişiklik edilib- Bundan sonra 9-cu sinif…

140

Another advertisement

Ümumi təhsil pillələrində dəyişiklik edilib. Belə ki, icbari əsas təhsil 9-cu sinif deyil, 10-cu sinif müəyyən edilir və şagirdlər 10-cu sinfə qədər icbari təhsil alacaqlar.

QafqazTürk Media xəbər verir ki,bu, Parlamentin növbədənkənar sessiyasında üçüncü oxunuşda təsdiq edilən “Ümumi təhsil haqqında” qanuna dəyişiklikdə nəzərdə tutulub.

Qəbul edilmiş qanuna əsasən, Gürcüstanda ümumi təhsilin üç səviyyəsi aşağıdakı kimi müəyyən edilir:

İbtidai (6 illik – I-VI siniflər);

Əsas (4 illik – VII-X siniflər);

Orta (2 illik – XI-XII siniflər).

Sözügedən dəyişikliyə əsasən, baza səviyyəsi 1 il artırılaraq 4 ilə, üçillik orta təhsil isə 2 ilə endirilir ki, tam ümumi təhsil 12 il qalsın.

Təhsil Nazirliyinin məlumatına görə, 9-cu sinfi bitirdikdən sonra məktəbi tərk edən şagirdlərin sayı kifayət qədər çoxdur (2023-cü ildə 3200 şagirdə qədər).

Təhsil və Elm Nazirliyi onu da diqqətə çatdırır ki, yeniyetmələr daha çox erkən nikah, erkən məşğulluq, insan alveri, qeyri-qanuni fəaliyyət, yetkinlik yaşına çatmayanların ədliyyə sisteminə daxil olması kimi risklərlə üzləşirlər.

Qanun layihəsi qəbul olunarsa, baza səviyyəsinin fənn standartlarının məzmun hissəsi (məsələn, biologiya, coğrafiya, tarix, vətəndaşlıq təhsili və s.) 4 sinfə və icbari siniflərə hissələndiriləcək ki, bununla da hər sinifdə şagirdin təhsil yükü azalacaq.

Ümumi təhsilin əsas və orta təhsil pillələrinin müddətinin dəyişdirilməsinə gəlincə, qanun layihəsində yeni hüquq normasının qüvvəyə minməsi ilə bağlı konkret detalların göstərildiyi keçid müddəalarının əlavə edilməsi nəzərdə tutulur. Xüsusilə, ümumi təhsilin baza səviyyəsinin müddətinin dəyişdirilməsi 2024-2025-ci dərs ilində IX sinifdə oxuyacaq şagirdlərə də təsir edəcək ki, bu da 2024-cü ildə IX sinif şagirdlərinin 10-cu sinfə keçirilməsi deməkdir. 2025-ci dərs ili pilləni aşmadan, yəni 2024-2025-ci dərs ili IX şagirdlərin icbari əsas təhsili 1 il uzadılacaq.

 

Kateqoriya: Təhsil
Sonrakı yazı
Gürcü iş adamını xüsusi tapşırıqla qətlə yetirənlərdən biri Türkiyədə həbs edilib
Öncəki yazı
50 ildən sonra yenidən çalınan “Son zəng”…