This is a specific ad

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin keçmiş şeyxi ilə vida mərasimi və yeni seçilmiş şeyxin təqdimat tədbiri keçirilib

47

Another advertisement

ÜmumGürcüstan Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə “Alul-Beyt” mədəni-maarif mərkəzinin konfrans zalında ÜmumGürcüstan Müsəlmanları İdarəsinin keçmiş şeyxi ilə vida və yeni seçilmiş şeyxin təqdimat tədbiri keçirilib.

QafqazTürk.com xəbər verir ki, tədbir iki oturumdan ibarət olub.

Tədbirin birinci hissəsinə müfti Adəm Şantadze moderatorluq edib, o, din xadimlərini və İRİ nümayəndələrini salamlayaraq gəldikləri üçün təşəkkür edib.

İkinci hissədə Beynəlxalq Respublika İnstitutu”nun (İRİ) “Gürcüstanı İnşa Et” layihəsi çərçivəsində “Gürcüstanın Aİ-yə namizədlik statusunun verilməsi məsələsi” mövzusunda məlumat görüşü keçirilib.

Müfti Adam Şantadze yeni seçilmiş Şeyx Faiq Nəbievi çox məsul vəzifəyə seçilməsi münasibətilə təbrik edib, ona gələcək dini fəaliyyətində uğurlar arzulayıb və keçmiş şeyx Hacı Ramin İgidova da Gürcüstan Müsəlmanları idarəsindəki fəaliyyətinə görə təşəkkürünü bildirib. Müfti həmçinin İRİ rəhbərinə və nümayəndələrinə Gürcüstan Müsəlmanları İdarəsi ilə birgə həyata keçirilən layihələrə və göstərdikləri dəstəyə görə təşəkkür edib.
Sonra Müfti Etibar Eminov çıxış edərək iştirakçıları salamlamış və gəldikləri üçün təşəkkür edib. Müfti Etibar Eminov Faiq Nəbiyevi şeyx seçilməsi münasibətilə təbrik edib, dini liderliyin bir tərəfdən şərəfli, digər tərəfdən müdafiəsi çətin və məsuliyyətli olan çox şərəfli bir vəzifə olduğunu qeyd edib, şeyxə uğurlar arzulayıb. Müfti həmçinin keçmiş Şeyx Ramin İgidova birlikdə keçirdiyi illərə və Müsəlmanlar İdarəsinin formalaşmasında əvəzsiz xidmətlərinə görə təşəkkür edib.
Müftilərin təbrik çıxışlarından sonra Şeyx Faiq Nəbiyev çıxış edərək həmkarlarını və tədbirə gələn ictimaiyyəti salamlayaraq tədbirə gəldikləri üçün onlara təşəkkürünü bildirib, həmçinin şeyxin seçilməsində göstərilən etimada görə Ali Dini Şuraya təşəkkürünü bildirib. Gələcək dini fəaliyyətlərində onlar və camaat üçün bütün resurslardan və imkanlardan istifadə edəcəyini, ona göstərilən etimadı doğrultmaq üçün çalışacağını ifadə etdi. Faiq Nəbiyev sələfinə gördüyü işlərə görə təşəkkür edib, ona uğurlar arzulayıb.
Tədbirin birinci hissəsinin sonunda keçmiş şeyx Hacı Ramin İgidov çıxış edərək göstərdikləri dəstəyə və xoş sözlərə görə həmkarlarına və din xadimlərinə təşəkkür edib və yeni şeyxə uğurlar arzulayıb. Hacı Ramin İgidov da indiyədək həyata keçirilən birgə layihələrə və dəstəyə görə İRİ rəhbərinə və təşkilatın nümayəndələrinə təşəkkür edib.
Birinci hissənin sonunda din xadimləri birlik və dostluq rəmzi olaraq bir-birinə hədiyyələr və təşəkkürnamələr veriblər.
Tədbirin ikinci hissəsinin moderatoru “Beynəlxalq Respublika İnstitutu – İRİ”in “Gürcüstanı inşa et” layihəsinin dini qrupunun koordinatoru Giorgi Pareşişvili din xadimlərini və tədbirdə iştirak edən icmanı salamladı və Gürcüstan Müsəlmanları İdarəsinə dəstəyi və səmərəli əməkdaşlığı üçün təşəkkürünü bildirdi. O, həmçinin keçmiş şeyx Hacı Ramin İgidova indiyə qədər həyata keçirilən layihələrdə fəal iştirakına görə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Giorgi Pareşişvili yeni şeyxi şeyx seçilməsi münasibətilə təbrik edib, ona gələcək dini fəaliyyətində uğurlar arzulayıb.
Sonra “Beynəlxalq Respublika İnstitutu – İRİ”in Gürcüstan nümayəndəliyinin rəhbəri Conni Dipiro çıxış edərək, dini liderlərə tərəfdaşlıq və əməkdaşlığa görə təşəkkür edib, “Gürcüstanı inşa et” layihəsində iştirakına görə keçmiş şeyxə təşəkkür edib ona xoş arzularını bildirib və uğurlar arzuladı. Dipiro həmçinin Faiq Nəbiyevi də şeyx seçilməsi münasibətilə təbrik edib və onunla əməkdaşlıq etmək arzusunda olduğunu bildirib. Sonra “Gürcüstanı inşa et” layihəsi haqqında tədbir iştirakçılarına qısa məlumat verdi.
Tədbirin ikinci hissəsinin sonunda çıxış sözü dəvət olunmuş ekspert Vano Çxikvadzeyə verilmiş, o, Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı iştirakçılarla söhbət etmiş və ətraflı məlumat vermişdir.

Kateqoriya: Din
Sonrakı yazı
Ge/Az მარნეულის მუნიციპალიტეტი ტრადიციულად უმასპინძლებს, თენგიზ ნავერიანის სახელობის საქართველოს საკლუბო ჩემპიონატს ძიუდოში.
Öncəki yazı
რუსეთის საოკუპაციო ძალების მიერ უკანონოდ დაკავებული გიორგი დარჩიაშვილი თავისუფალია