Ümumgürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri Türkiyə səfirliyinin din işləri üzrə müşaviri ilə görüşüblər – FOTO

1

Bu gün Ümumgürcüstan Müsəlmanları İdarəsinin dini rəhbərləri Türkiyə səfirliyinin dini işlər üzrə müşavirliyini ziyarət ediblər.

QafqazTürk.com xəbər verir ki, ÜGMİ-nin dini rəhbərləri Türkiyənin Gürcüstandakı səfirliyinin din məsələləri üzrə müşaviri vəzifəsinə yeni təyin olunan Mahmut Göl cənablarını məsuliyyətinə görə təbrik edib, işlərində uğurlar arzulayıblar.

Səmimi görüş zamanı ÜGMİ-nin dini rəhbərləri təmsil etdikləri dini idarənin Türkiyənin Diyanət Başqanlığı ilə bu günə qədər olan əlaqələri yüksək qiymətləndirib. Bundan sonra da dini zəmində müxtəlif layihələrin həyata keçirilməsində birgə əməkdaşlığı önəmli hesab ediblər.

Görüşün sonunda xatirə şəkilləri çəkdirilib, hədiyyələr təqdim edilib.

0
0
Kateqoriya: Din
Sonrakı yazı
Marneulidə üç yeni uşaq bağçası inşa olunacaq
Öncəki yazı
Rusiya mətbuatı: “ABŞ türk aviaşirkətinə “Boeing 737 MAX” təyyarələri ilə Rusiyaya uçmağı qadağan edib” – ƏTRAFLI