This is a specific ad

Ümumdünya Solaxaylar Günü qeyd olunur

17

Another advertisement

Bu gün Ümumdünya Solaxaylar Günü kimi qeyd olunur.

QafqazTürk.com xəbər verir ki, 1992-ci ildə Britaniya Solaxaylar Klubu həmin günün qeyd olunması təşəbbüsü ilə çıxış edib.

Müasir cəmiyyət onları solaxay adlandırıb. Qədimdə sol əllə işləyən insanı məhkəməyə verib, şeytanın onun əlinə vergi verdiyini iddia edirdilər. Amma bu günün araşdırmaları göstərir ki, solaxayların bilik və bacarığı, informasiyanı qəbuletmə və pulqazanma qabiliyyəti normal insanlardan daha yüksəkdir.

Məşhurlar arasında olan solaxaylara Barak Obama, Mikelancelo, Leonardo da Vinçi, Yuli Sezar, Makedoniyalı İsgəndər, Janna d’Ark, Napoelon Bonapart, Uinston Çorçill, Albert Eynşteyn, Bryus Uillis, fizik Maksvell, Bill Klinton, Corc Buş (oğul), Bill Qeyts, Melin Monro, Pol Makartni, Robert de Niro, Tom Kruz, Nikol Kidman, Mark Tven, Bethoven, Sergey Raxmaninov və başqalarını misal göstərmək olar.

Kateqoriya: Dünya
Sonrakı yazı
Avropanın 2025-ci il Yaşıl Paytaxtı finalçıları məlum olub
Öncəki yazı
Marneulidə avtomobil qəzası baş verib