This is a specific ad

ÜMŞ-nın iclasında Almaniya nümayəndə heyəti Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcək

272

Another advertisement

Avropa İttifaqının Ümumi Məsələlər Şurasının iclasında Almaniya nümayəndə heyəti Gürcüstandakı mövcud vəziyyəti müzakirə edəcək.

QafqazTürk Media xəbər verir ki, Avropa İttifaqının Ümumi Məsələlər Şurasının iclası bu gün Lüksemburqda keçiriləcək və ona Macarıstanın Avropa İttifaqı işləri üzrə naziri Yanos Boka sədrlik edəcək.

Avropa İttifaqı Şurasının saytında yerləşdirilən gündəliyə əsasən, Almaniya nümayəndə heyəti qarşıdan gələn seçkilər fonunda Gürcüstandakı vəziyyəti müzakirə edəcək.

Həmçinin, nazirlər oktyabrın 17-18-də keçiriləcək Avropa Şurasının sammitinə hazırlaşacaqlar.

Görüşdən sonra Tbilisi vaxtı ilə saat 16:45-də mətbuat konfransı keçiriləcək.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Daron Acemoğlu Nobel mükafatı aldı
Öncəki yazı
Zelenski: “Şimali Koreya müharibəyə qoşulub”