This is a specific ad

Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

84

Another advertisement

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi ilə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində, Kvemo Kartli bölgəsindəki Azərbaycandilli məktəblərdə maarifləndirici tədbirlər davam etməkdədir.

Cari il 6 may tarixində Səfirlik əməkdaşları Marneuli bələdiyyəsinin Dəmiye Görarxı ictimai məktəbində olublar.

Məktəbin müəllim və şagirdləri ilə baş tutan görüşdə, Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyəti, uşaqlara olan sevgisi və qayğısı barədə ətraflı məlumat verilib. Məktəblilər Ulu Öndər Heydər Əliyevlə bağlı şeirlər səsləndiriblər.

Nəzərinizə çatdıraq ki, açıq dərsin təşkilatçısı həmin məktəbin müəlliməsi, Xanım İbrahimova idi.

Qeyd edək ki, sözü gedən açıq dərslər Gürcüstanın paytaxtı Tbilisi şəhərində, eləcə də Marneuli və Qardabani bələdiyyəsinin məktəblərində də baş tutub.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Kapitoliyə hücumda iştirak edən şəxs 14 il müddətinə azadlıqdan məhrum edildi
Öncəki yazı
Gürcüstanda İŞİD-lə əlaqədə şübhəli bilinən əcnəbi vətəndaş saxlanılıb