Fransa bəyan edib ki, Kiyevə Rusiya ərazisində yerləşən hərbi obyektlərə hücuma icazə verilməsi müzakirə mövzusu olaraq qalır.
“Biz açıq şəkildə dedik ki, bu, nəzərdən keçirdiyimiz variantdır:
Rusiyanın hazırda Ukrayna ərazisinə təcavüz etdiyi hədəfə zərbə endirməyə icazə verərdikmi? Deməli, yeni heç nə yoxdur”, –
QafqazTürk Media xəbər verir ki, bu barədə Jan-Noel Barro Aİ xarici işlər nazirlərinin görüşündən əvvəl Brüsseldə jurnalistlərə bildirib.
Xatırladaq ki, Qərb mətbuatı ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün Amerika silahlarından istifadə etmək icazəsi verdiyini yazıb. Bundan başqa, Fransanın “Le Figaro” nəşrinin yazdığına görə, Fransa və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə zərbələr endirmək üçün uzaqmənzilli SCALP/Storm Shadow raketlərindən istifadə etməyə icazə verib.