Ukraynaya 1,8 milyard avrodan çox maliyyə yardımı ayrılıb – ƏTRAFLI

31

Avropa İttifaqının Şurası Ukraynaya “Ukraine Facility” proqramının beşinci müntəzəm ödənişini təsdiqləyib.

QafqazTürk Media Formulaya istinadən xəbər verir ki, ödəniş məbləği 1,8 milyard avrodan çoxdur.

Ödəniş Ukraynanın beşinci mərhələ üçün tələb olunan doqquz kriteriyanı və dördüncü mərhələdən qalmış bir öhdəliyi uğurla yerinə yetirməsindən sonra həyata keçiriləcək. Yardımın əsas məqsədi ölkənin makroiqtisadi sabitliyini gücləndirmək və dövlət administrasiyasının fasiləsiz fəaliyyətini təmin etməkdir.

Ödənişlər “Ukrayna Planı” ilə sıx bağlıdır. Bu plan ölkənin bərpası, modernləşdirilməsi və Avropa İttifaqına inteqrasiya yolunda lazım olan islahatların həyata keçirilməsinin strategiyasını və cədvəlini müəyyən edir.

Xatırladaq ki, “Ukraine Facility” proqramı 2024-cü il martın 1-də qüvvəyə minib və 2024–2027-ci illər ərzində Ukraynanın bərpası və modernləşdirilməsini dəstəkləmək üçün 50 milyard avroya qədər maliyyələşməni (qrant və kreditlər şəklində) nəzərdə tutur. Bu məbləğin 32 milyardı birbaşa Ukrayna Planında nəzərdə tutulan islahatlar və investisiyaların maliyyələşdirilməsinə ayrılıb.

Sonrakı yazı
Gürcüstanın Konstitusiya Məhkəməsinin rəsmi saytında “Gürcü Arzusu”nun konstitusiya iddiası dərc olunub – ƏTRAFLI
Öncəki yazı
Almaniya kansleri – Suriyalı miqrantlar vətənlərinə qayıtmalıdırlar, yoxsa onların deportasiyası baş tutacaq