Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, Ukraynanın təhlükəsizliyinə heç bir zəmanət olmadığı halda atəşkəs ölkənin daha da işğalına və məhvinə səbəb ola bilər.
QafqazTürk Media xəbər verir ki, Budapeştdə keçirilən Avropa Siyasi Birliyinin Sammitində iştirakdan sonra keçirilən mətbuat konfransında Zelenski sammit zamanı çox təhlükəli ritorika eşitdiyini vurğulayıb.
“Ukrayna üçün əlavə təhlükəsizlik təminatlarının olmadığı bir şəraitdə atəşkəs Ukraynanın işğalını davam etdirməyə, müstəqilliyimiz və suverenliyimizi məhv etməyə hazırlıqdır. Müharibəni yaşamamış və bu barədə yalnız kitablarda oxuyub filmlərdə görmüş insanlar – bu başqa hekayədir. Putinlə heç vaxt müharibəyə getməyən insanlar, müharibəni, müharibənin nəticələrini və risklərini dərindən dərk etməyən analitikadır”, – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, Ukrayna üçün təhlükəsizlik zəmanəti olmayan atəşkəs bəzi Avropa liderlərinin, Braziliyanın, Çinin və təbii ki, Rusiyanın danışdığı modeldir.
“Bu, Rusiya Federasiyası üçün əla modeldir. Əvvəlcə atəşkəs, sonra başqa şey. “Başqa bir şeyin” nə olduğunu anlamaq lazımdırmı?”, – deyə Zelenski bildirib.