Avqustun 24-də səhər saatlarında Ukrayna tərəfinin pilotsuz təyyarəsinin hücumu nəticəsində Rusiyanın Voronej vilayətinin Ostroqojsk rayonunda silah anbarında yanğın baş verib.
QafqazTürk media xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev teleqramda yazıb.
Qusevin sözlərinə görə, yanğına silahın partlamasına səbəb olan drondan dağıntıların düşməsi səbəb olub. Məlumata görə, xəsarət alan yoxdur.
Ostroqojskda zirehli texnikanın tədris mərkəzi də yerləşir.
Elə həmin gecə Belqorod vilayətinə pilotsuz təyyarələrin hücumu həyata keçirilib – bölgənin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, iki nəfər yaralanıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Voronej səmasında beş, Belqorod və Bryansk vilayətləri üzərində isə bir pilotsuz təyyarə vurulub.