Another advertisement
Qarşıdan gələn qış Ukrayna üçün çətin keçəcək, çünki elektrik enerjisi kəsiləcək.
QafqazTürk Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin enerji resursları üzrə köməkçisi Cefri Payatt bildirib.
“Bu qış həqiqətən çətin olacaq. Ukrayna indi istehsal gücünün təxminən yarısını itirib. Təkcə Birləşmiş Ştatlar enerji sektorunda təmir və yenidənqurma işlərinə 500 milyon dollardan çox vəsait ayırmağı vəd edib. Amma vəziyyətin necə inkişaf etməsindən asılı olmayaq, qış çətin keçəcək. Ümid edirik ki, Ukrayna enerji istehsalı gücünü təxminən 15 giqavata çatdıra biləcək”, – Payatt qeyd edib.