Ukraynadan Moskvadakı terrorla əlaqədar BƏYANAT

25

Rusiyanın Moskva vilayətində baş vermiş terror aktı ilə əlaqəmiz yoxdur“.

QafqazTürk.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak sosial şəbəkə hesabında yazıb.

Ukrayna heç vaxt terror metodlarına müraciət etməyib. Bu həmişə mənasızdır“, – deyə o, qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə müharibədə terror hücumlarına müraciət edir, hətta keçmişdə “antiterror tədbirləri” adı altında “öz vətəndaşlarına həmlələr edib”.

Xatırladaq ki, Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərində baş vermiş terror aktında 40 nəfər ölüb, 140-a yaxın insan yaralanıb.

13
9
Kateqoriya: Dünya
Sonrakı yazı
ABŞ Rusiyaya başsağlığı verib
Öncəki yazı
საქართველოს საზღვართან მიწისძვრა მოხდა