This is a specific ad

Ukraynada rus generalı məhv edildi

48

Another advertisement

Ukrayna Silahlı Qüvvələri Zaporojye vilayətinin Rusiyanın işğalı altında olan Berdyansk şəhərində RF-nin ordu generalı Oleq Tsokovu zərərsizləşdirib.

QafqazTürk.com Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukraynanın Mariupol şəhəri merinin müşaviri Pyotr Andryuşenko məlumat verib.

Bildirilib ki, Ukrayna müdafiəçiləri Berdyanskda Rusiya hərbçilərinin yerləşdiyi “Dyuna” mehmanxanasını bombalayıb. Nəticədə Rusiyanın oteldəki hərbi rəhbərləri də ölüb. Onların arasında ordu generalı Oleq Tsokov da var.

Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı da bu məlumatı təsdiqləyib. Qərargahın sözçüsü Andrey Kovaleyovun sözlərinə görə, işğalçılar bütün gecəni rusiyalı hərbçilərin meyitlərini yerli morqa daşıyıblar.

Kateqoriya: Dünya
Sonrakı yazı
FETÖ lideri Gülənin qardaşı oğlu tutuldu
Öncəki yazı
Gürcüstanda yaşayış minimumu – STATİSTİKA