This is a specific ad

“Ukraynada müharibənin davam etdirilməsinə şərait yaradanlar bunun bədəlini ödəməlidirlər”-Kaia Kalas

47

Another advertisement

“Ukraynada müharibənin davam etdirilməsinə şərait yaradanlar bunun bədəlini ödəməlidirlər”.

QafqazTürk Media xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Kaia Kalas sosial şəbəkədə yazır.

“Bu gün biz Kölgə Donanmasına, həmçinin Şimali Koreya rəsmilərinə və Moskva üçün pilotsuz təyyarələr istehsal edən Çin şirkətlərinə qarşı sanksiyaların 15-ci paketini qəbul etdik. Rusiyanın müharibə aparmaq imkanlarını məhdudlaşdırmaq üçün səylərimiz davam edir”, – Kaia Kalas qeyd edib.

Xatırladaq ki, bu gün Avropa İttifaqı Rusiyaya qarşı 54 fiziki şəxs və 30 təşkilatın daxil olduğu 15-ci sanksiya paketini qəbul edib. Yeni sanksiyalar paketi Rusiyanın Ukraynaya qarşı qeyri-qanuni və əsassız  işğalçılıq müharibəsi aparmaq imkanlarını daha da məhdudlaşdırmaq məqsədi daşıyır.

Sonrakı yazı
“Biz diplomatik pasport sahibləri üçün vizasız rejimin dayandırılmasının zəruriliyi ilə bağlı razılığa gəldik”-Kaia Kalas
Öncəki yazı
Dövlət məmurlarının gürcü dilini bilməsi məcburi olmayacaq